Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, o, fevralda onların vətəndaş nikahının başa çatdığını açıqlamış, hökumət iqamətgahını tərk etdiyini bildirmiş və acı həyatı barədə emosional hekayə danışmışdı.
“Lakin bazar günü insanlar onun siluetini ərinin səhər canlı yayımında hökumət iqamətgahında gördülər, daha sonra isə Gümrüdə keçirilən tədbirdə iştirak etdi. O, Paşinyanın əlindən tutaraq şəhərdə gəzirdi, jurnalistlərin suallarına məhəl qoymurdu. Üstəlik, “mühafizəçilərdən” imtina edəcəyinə dair vədin əksinə olaraq, Dövlət Mühafizə Xidməti əməkdaşlarının müşayiəti ilə hərəkət edirdi. “Yenidən birləşmisiniz?” sualını cavabsız qoydular.
Məlum oldu ki, hətta Paşinyanın komanda üzvləri də bunu dəqiqləşdirməyə cəsarət etməyiblər. Bizə bildirildi ki, onlar bir həftə əvvəl Annanın yenidən hökumət iqamətgahına qayıtdığını öyrəniblər. Hansı statusla qayıtdığını isə bilmirlər. Onlar da cütlüyün bu teatrından təəccübləniblər”, - deyə nəşr qeyd edib.
“Hraparak” yazıb ki, nümayişkaranə ayrılıqdan sonra müxtəlif versiyalar müzakirə olunurdu.
“Ən geniş yayılmış fikir budur ki, Paşinyan Anna Hakopyanın mənfi reytinqindən qurtulmağa çalışır. İndi isə hesab edirlər ki, səbəb xanımın rəhbərlik etdiyi “Mənim Addımım” fondunun seçkiqabağı mərhələdə maneəsiz şəkildə xeyriyyəçilik fəaliyyəti aparmasını təmin etməkdir.
Süd verən ana Qohar Qumaşyanı telefon danışığına görə həbs etsinlər, Anna Hakopyan isə geniş şəkildə xeyriyyəçilik etsin və cəzalandırılmasın”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az