Ordu.az xəbər verir ki, o, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığının yekunlarına dair “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Mən Ermənistan və Azərbaycanın sülh prosesində davamlı iştirakını alqışlayır və sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyimi bildirirəm”, - deyə o qeyd edib.
Məlumata görə, tərəflər, həmçinin Belçika və Ermənistan arasında ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını, eləcə də Avropa İttifaqı (Aİ) və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Bundan əlavə, regionda baş verən cari hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.
Alpər Mövludoğlu
Ordu.az