Ordu.az xəbər verir ki, Malayziya ordusu üçün sifariş edilən “Tarantula” HMAV 4X4 V2 zirehli maşınlarında silah qülləsi kimi ASELSAN-ın SARP ailəsinə üstünlük verildiyi iddia edilib.
Ancaq SARP-ın hansı variantının Malayziyanın yeni zirehli maşınlarında istifadə olunacağına dair hələlik məlumat yoxdur. “Defence Turk”un əldə etdiyi məlumata görə, SARP qüllələri ilə birlikdə SEDA atəş yeri aşkarlama sistemi də Malayziya maşınlarında yer alacaq.
Malayziya yerli olaraq hazırlanmış “Tarantula” zirehli maşınlarını 2027-ci ildən etibarən Malayziya Silahlı Qüvvələrinin inventarına daxil etməyi planlaşdırır. “Defence Security Asia”nın məlumatına görə, 5 illik proqram çərçivəsində ümumilikdə 136 ədəd “Tarantula” təhvil veriləcək və ilk 60 maşından ibarət partiya 2027-ci ilin əvvəlində xidmətə daxil olacaq.
ASELSAN SARP
ASELSAN SARP Uzaqdan İdarə Edilən Sabitləşdirilmiş Silah Sistemi döyüş sahəsinin ehtiyaclarına cavab vermək və kritik obyektləri qorumaq üçün dəqiq kəşfiyyat qabiliyyətini effektiv atəş gücü ilə birləşdirir. SARP sistemi taktiki quru maşınlarında hava və quru təhdidlərinə qarşı istifadə oluna bildiyi kimi, sabit obyektlərdə asimmetrik təhdidlərə qarşı da istifadə edilə bilir. İstifadə tələblərinə uyğun olaraq sistemə 12,7 mm pulemyot, 40 mm qumbaraatan və ya 7,62 mm pulemyot quraşdırıla bilir. Qabaqcıl uzaqdan komanda və müşahidə imkanı təmin edən SARP sistemi atəş açan şəxsin situasiya məlumatlılığını artırır və təhlükəsizliyini ən yüksək səviyyəyə çatdırır. SARP qabaqcıl interfeysləri sayəsində komanda-idarəetmə sistemləri ilə tam inteqrə edilmiş şəkildə işləyə bilir.
Texniki xüsusiyyətlər
Silah variantları
12,7 mm: M2HB pulemyotu
7,62 mm: FN MAG58 pulemyotu, M240 pulemyotu
40 mm: MK19 Mod3 avtomatik qumbaraatan
Hərəkət limitləri
Yüksəliş: -30°/+60°
Yan: n x 360° (sürüşən halqa ilə)
Sursat tutumu
12,7 mm: < 400 ədəd (12,7 mm x 99 mm) - M2HB
7,62 mm: < 1500 ədəd
40 mm: < 80 ədəd
Çəki və ölçü
Platforma üstü: < 200 kq (zireh, silah və sursat xaric)
Daxili bölmələr: < 40 kq
Hündürlük: < 90 sm
Sevinc Əliyeva
Ordu.az