Ermənistan Təhlükəsizlik Şurasının katibi inqilab haqqında kitab yazıb

2026/04/1775811635.jpg
Oxunub: 365     09:46     20 Aprel 2026    
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan inqilab haqqında kitab yazıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qriqoryan “Facebook” səhifəsində xüsusilə qeyd edib: “Əziz həmvətənlər,

Yəqin xatırlayırsınız ki, inqilabla bağlı təcrübəmi kitab şəklində ümumiləşdirəcəyimə söz vermişdim.

Bu yol gözlənildiyindən daha uzun alındı, lakin bu gün artıq əminliklə deyə bilərəm ki, iş başa çatıb. Kitab artıq hazırdır və onu tezliklə sizin mühakimənizə təqdim edəcəyəm.

Bu, sadəcə xatirələr toplusu deyil. Bu, “Serji rədd et” təşəbbüsünün formalaşması, küçə mübarizəsi və həm küçədə, həm də Xüsusi İstintaq Xidmətinin təcridxanasında yaşadığım daxili hisslər haqqında hekayədir.

Əvvəllər qeyd etdiyim kimi, o günlər barədə hər birimizin öz hekayəsi var və hər birimizin hekayəsi bir insanın hekayəsi olmaqla yanaşı, hamımız haqqındadır. Məhz buna görə düşünürəm ki, inqilab haqqında mənim baxışımdan təqdim olunan bu hekayədə hər kəs həmin günlərdə özünü tapacaq.

Səbrinizə görə təşəkkür edirəm.

Təfərrüatlar çox tezliklə”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qriqoryan  


Bizi "telegram"da izləyin