Rusiya Dövlət Dumasının sədri KTMT PA üzvləri ilə görüşüb, Ermənistan iştirak etməyib

2018/11/kkaal-1541494601.jpg
Oxunub: 444     21:07     19 Aprel 2026    
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyası Şurasının iclası ərəfəsində KTMT PA sədri, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Assambleyaya üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko, Qazaxıstan Respublikası parlamentinin Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamatəliyev və Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Məclisinin sədri Fayzali İdizoda iştirak ediblər.

Məlumatdan göründüyü kimi, Ermənistan görüşdə iştirak etməyib.

Tərəflər aprelin 20-də Moskvada keçiriləcək KTMT PA Şurasının iclasına hazırlığı müzakirə ediblər. Gündəliyə təşkilata üzv dövlətlərin qanunvericiliyinin uyğunlaşdırılması və KTMT-nin məsuliyyət zonasında çağırışlara və təhdidlərə qarşı mübarizə məsələləri, eləcə də qurumun yaradılmasının 20 illiyi münasibətilə Assambleya Şurasının bəyanat layihəsi daxildir.

Xatırladaq ki, hazırda Ermənistanın KTMT-dəki üzvlüyü dondurulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   KTMT  


Bizi "telegram"da izləyin