Papoyan Putinin bəyanatları haqqında: “Mən Rusiya Federasiyasından belə mesaj almamışam”

2026/02/1770373521.jpg
Oxunub: 428     14:37     18 Aprel 2026    
“Erməni ixracatçılar Rusiyada qanun çərçivəsində nə qədər problemlə üzləşə bilərlərsə, o qədər problem yaşayırlar, siyasi problem yoxdur”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan hökumətinin iclasından sonra jurnalistlərlə brifinqdə iqtisadiyyat naziri Gevorq Papoyan Moskva şəhərində Paşinyan-Putin görüşü zamanı Rusiya Prezidenti Vladimir Putinin Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarsa, iqtisadi problemlər yarana biləcəyini bildirməsini şərh edərkən deyib.

Papoyan qeyd edib ki, hazırda Ermənistan Avrasiya İqtisadi Birliyindədir, buna görə də problemlər yoxdur.

Erməni nazir daha əvvəl verdiyi, Avrasiya İqtisadi Birliyinin ölkə iqtisadiyyatına təsir rolunu şişirtməmək lazım olduğu barədə bəyanatına toxunaraq deyib: “Mən yenə deyirəm ki, elə deyil ki, Avrasiya İqtisadi Birliyi olmadan iqtisadiyyat olmayacaq, yoxdur və ya ola bilməz. Biz indi Avrasiya İqtisadi Birliyindəyik, bu bizim qərarımızdır, bu o deməkdir ki, hazırda həmin variant ən məqsədəuyğundur. Əgər gələcəkdə də həmin variant ən məqsədəuyğun qalsa, Avrasiya İqtisadi Birliyində qalacağıq, əks halda xalq qərar verəcək”.

Rusiyadan Ermənistanın seçim etməli olduğu, Avrasiya İqtisadi Birliyində qalacağı, yoxsa Avropa İttifaqına gedəcəyi barədə birbaşa mesajlar gəldiyi ilə bağlı suala Papoyan belə cavab verib: “Belə mesaj almamışam”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papoyan   Putin  


Bizi "telegram"da izləyin