“Raytheon” RAIVEN sensor sistemi üçün ilk uçuş sınağını tamamladı

2026/04/1776499931.jpg
Oxunub: 514     12:10     18 Aprel 2026    
RTX tərkibində fəaliyyət göstərən “Raytheon” yeni nəsil ağıllı sensor sistemi RAIVEN-ın ilk uçuş sınağını UH-60 “Black Hawk” helikopteri ilə uğurla başa vurub.

Ordu.az xəbər verir ki, sSistem sıfır işıqlandırma şəraitində 270 dərəcə situasiya məlumatlılığı təmin edir.

Bundan başqa EO/IR texnologiyası ilə missiya effektivliyini və sağ qalma imkanlarını artırmağı hədəfləyir.

Arlington mərkəzli açıqlamaya görə, sınaqlar zamanı üç sensordan ibarət sistem şəhər ərazilərini, bataqlıqları və sahil bölgələrini xəritələndirib.

Üstəlik sistem sıfır işıqlandırma şəraitində və 270 dərəcəlik geniş situasiya məlumatlılığı bucağı ilə bunu xətasız şəkildə bacarıb.

RAIVEN “Staring” sistemi hava, quru və dəniz platformaları üçün miqyaslana bilən və fərdiləşdirilə bilən elektro-optik və infraqırmızı həll kimi önə çıxır.

Açıq sistem arxitekturası sayəsində fərqli platformalara asan inteqrasiya təqdim edir.

Həmçinin sürətli komponent yenilənməsi imkanı yaradır.

“Raytheon”un qabaqcıl məhsullar və həllər üzrə rəhbəri Dan Teisen bildirib: “Bu sınaq RAIVEN “Staring” sisteminin inkişaf etmiş aşkarlama qabiliyyətlərini ortaya qoyur və müttəfiqlərin təhdidləri daha sürətli müəyyən edib cavab verməsini təmin edir. Sistem yüksək dəqiqlikli pilotaj funksiyaları, passiv raket aşkarlanması, xəbərdarlıq və izləmə imkanları sayəsində sağ qalma imkanını və missiya effektivliyini əhəmiyyətli dərəcədə artıracaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   RAIVEN  


Bizi "telegram"da izləyin