Ordu.az xəbər verir ki, bu barədə BDT-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, qərar Oman körfəzində yük gəmisinə hücumdan sonra verilib.
"BDT-nin bir neçə gəmisinin uğurla təxliyəsindən sonra təxliyə siyahımızdakı gəmilər və bölgədəki bütün gəmilər üçün lazımi təhlükəsizlik zəmanətlərinin qüvvədə qaldığını təsdiqləmək üçün bu prosesi müvəqqəti olaraq dayandırmaq qərarına gəldim", - baş katib Arsenio Dominqes bildirib.
O, Hörmüz boğazından keçən, Oman körfəzində hücuma məruz qalan gəminin təxliyə siyahısında olmadığını aydınlaşdırıb.
"Mən həmişə dənizçilərin təhlükəsizliyinin əsas prioritet olaraq qaldığını vurğulamışam. Fars körfəzində ilişib qalmış minlərlə dənizçinin bu geosiyasi münaqişədə əlavə zərərçəkmə riski olmadan təxliyəsinin davam etdirilməsi üçün şəraitin təmin olunması vacibdir", - Dominqes fikirlərini yekunlaşdırıb.
Ordu.az