Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, seçkiqabağı bu mərhələdə siyasi cəhətdən fəal çoxsaylı gənclər çağırış bildirişləri alacaqlar.
“Bəzi məlumatlara görə, hərbi komissarlıqlara vilayət rəisləri və rayon rəhbərləri tərəfindən xüsusilə müxalif qüvvələrə yaxın olan gənclərin adlarından ibarət siyahılar təqdim olunub ki, onlara bildiriş göndərilsin və təlim toplanışlarına çağırılsınlar.
Məqsəd budur ki, mümkün qədər çox fəal insan seçki proseslərindən və mübarizədən uzaqlaşdırılsın”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az