Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Yerevan.Today” nəşri yazıb.
“Son əlavə ödənişi dekabrda almışıq. Demişdilər ki, maaşlar 200 min dramadək, zabit heyətininki isə 250 min dramadək artırılacaq. Amma nə maaş artıb, nə də əlavə ödəniş verilir. Hər ay deyirlər gələn aydan olacaq. Bir deyirlər nazir əmri imzalamalıdır ki, maaş artsın, bir deyirlər hökumət təsdiqləməlidir. Artıq 3 aydır deyirlər gələn aydan olacaq, amma yoxdur”, - deyə nəşrin həmsöhbəti bildirib.
“Belə çıxır ki, təkcə dekabr ayında 7 milyon dramdan çox mükafat almış Suren Papikyanın rəhbərlik etdiyi nazirlikdə sərhədi və ölkəni qoruyanlar hətta 100 min dram əlavə ödənişdən də maaş artımı vədi ilə məhrum ediliblər. Maaş isə, əlbəttə, artırılmayıb”, - deyə nəşr bildirib.
Müəllif qeyd edib ki, parlamentdə hökumət proqramının icrası müzakirə olunur.
“Həmin müzakirələr zamanı Nikol Paşinyan bir neçə dəfə orduda islahatlardan və hərbi xidmətin cəlbediciliyinin artırılmasından danışıb. Hərbi qulluqçuların özlərinin siqnal verdiyi bu “cəlbediciliyin artırılması” nəticələri ilk dəfə deyil.
Müdafiə Nazirliyinin mətbuat katibi “Yerevan.Today”ə sualın yazılı şəkildə göndərilməsini təklif edib. Əlbəttə, göndərəcəyik və həmin qurumun fəaliyyətinə yaxşı bələd olduğumuz üçün deyə bilərik ki, qanunla müəyyən edilmiş müddət bitəndən sonra sorğuya cavab vermək üçün daha bir ay vaxt istəyəcəklər.
Lakin hesab edirik ki, Müdafiə Nazirliyi onlara bəhanə və “əsaslandırma” təqdim etməməli, hərbi qulluqçulara vəd edilmiş maaşı verməlidir”, - deyə nəşr bildirib.
***
Ermənistan hökuməti bu gün keçirilən iclasda qərar qəbul edib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qərara əsasən, Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri üçün müəyyən edilmiş iki əlavənin birləşdirilməsi və 2020-ci il döyüş əməliyyatlarından sonra formalaşmış yeni təmas xəttində döyüş növbətçiliyinə cəlb olunan hərbçilərin əlavələrinin hesablanma əmsalları dəyişdiriləcək.
Qərarda qeyd olunur ki, hazırda Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri xüsusi şərtlərlə müəyyən edilmiş əlavələrdən istifadə edir, lakin onların hesablanma şərtləri və məbləğləri fərqlidir.
Bu qərarla əlavələrin verilməsi, sənədləşdirilməsi və ayrılması prosesinin uçotu sadələşdiriləcək.
Bu qərara əsasən, illik əlavə xərclər proqnozlaşdırılır və bunun üçün 2026-cı il ərzində Ermənistan Müdafiə Nazirliyinə təxminən 3,5 milyard dram büdcə vəsaiti ayrılmalıdır.
Alpər Mövludoğlu
Ordu.az