Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi sosial şəbəkələrdəki səhifəsində məlumat verib.
"Mövcud məlumatlara görə, Rusiyanın raket-dron hücumları nəticəsində ən azı 16 nəfər həlak olub, 100-dən çox şəxs yaralanıb. Həlak olanların ailələrinə səmimi başsağlığı veririk. Bütün Ukrayna ilə birlikdə bu itkinin ağrısını paylaşırıq. Başsağlığı və mesajlarınızı səfirliyin başsağlığı kitabına rəsmi elektron ünvana göndərə bilərsiniz:
[email protected]", - məlumatda deyilir.
Diplomatik nümayəndəlikdə həmçinin bildirilib ki, Ukraynanın dövlət bayrağı matəm əlaməti olaraq yarıya endirilib.
Ordu.az