Ordu.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə erməni ekspert Qriqor Balasanyan deyib.
Onun sözlərinə görə, ABŞ və İsrail koalisiyası İrana qarşı quru əməliyyatına keçəcək.
“Amerikalılar İrana qarşı quru əməliyyatı keçirmək üçün vaxt qazanırlar. Hazırda İranın bütün qonşuları ilə çox fəal iş gedir ki, görsünlər kim iştirakçı ola bilər və ya bunun üçün ərazi verə bilər. Hazırda gedən kölgə danışıqları bununla bağlıdır. İslamabad özünü necə aparacaq, Pakistan ordusunun komandanı neçə dəfə Tehrana gedib-qayıdacaq, bunun əhəmiyyəti yoxdur. Bu, diqqəti yayındırmaq üçün edilir və İran tərəfi artıq bunu aydın şəkildə anlayır, buna görə də bəyan etdi ki, Pakistanı vasitəçi hesab etmir. Əsas hazırlıq işi quru əməliyyatı keçirmək üçündür. Tramp bunu heç olmasa öz simasını xilas etmək üçün etməyə çalışır. Bu da uğursuz olsa, bütün şanslar var ki, bu da uğursuz olacaq, Trampa sadəcə istefa verməkdən başqa yol qalmayacaq”, - deyə Balasanyan qeyd edib.
Balasanyan bildirib ki, dünyanın 1 nömrəli superdövlətinə və onun müttəfiqinə qarşı dayanıb bu qarşıdurmadan qazanan tərəf kimi çıxandan sonra İran təkcə İran-ABŞ danışıqlarında faktiki olaraq güc mövqeyindən çıxış etmir, həm də Ermənistanda nəzərdə tutulan və İran-Ermənistan sərhədinə aid layihələrdə, xüsusilə TRIPP (Zəngəzur dəhlizi-red.) ilə bağlı məsələlərdə güc mövqeyindən çıxış edib öz şərtlərini diktə edə bilər.
İran münaqişəsi zamanı ABŞ-nin müttəfiqi sayılan Körfəz ərəb ölkələrinin acı təcrübəsini misal göstərən Balasanyan xəbərdarlıq edib: “Hazırda ABŞ ilə dostluq oyunu oynamağın vaxtı deyil”.
Erməni ekspertin fikrincə, müharibənin nəticələrinə görə İran bölgədə aparıcı dövlətə çevrilir.
Balasanyan qeyd edib ki, Putinin Kremldəki çıxışından sonra Rusiyaya ixrac olunan bir neçə erməni məhsulu ilə bağlı problemlər yaranmağa başlayıb.
Alpər Mövludoğlu
Ordu.az