Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan bürosu yazıb.
“Shamshyan.com”un məlumatına görə, hadisə aprelin 15-də saat 16:00 radələrində baş verib. Hərbi qulluqçu hərbi hospitala aparılarkən yolda ölüb. Fotomüxbirin məlumatına görə, o, Nubaraşen atış sahələrindən (poliqondan) güllə yarası ilə hospitala çatdırılıb. “Azadlıq” radiosunun məlumatına görə, hərbi qulluqçu İrəvandan olub”, - deyə nəşr bildirib.
Nəşrin məlumatına görə, Ermənistan İstintaq Komitəsi intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açıb.
“Hadisənin hallarını müəyyənləşdirmək üçün ibtidai istintaq aparılır. Başqa təfərrüatlar açıqlanmır, iş üzrə saxlanılanların və şübhəlilərin olub-olmadığı məlum deyil”, - deyə “Azadlıq” radiosu yazıb.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin hüquq müdafiəçisi Nazeli Movsesyan bildirir ki, Ermənistan ordusunda ölüm halları ilə bağlı onların statistikası başqadır: “Bizim məlumatımıza görə, hazırkı ana qədər 2026-cı ildə 12 hərbi qulluqçunun ölüm hadisəsi qeydə alınıb. Qeyd edim ki, hadisələrin bir hissəsi ictimaiyyətə açıqlanmayıb, yəni biz bunu prokurorluqdan öyrənmişik və əsasən bunlar hərbi xidmətlə bağlı olmayan hadisələr kimi təsnif edilən hallardır”.
Alpər Mövludoğlu
Ordu.az