Çin XİN: Hörmüz boğazında sərbəst naviqasiya dünyanın bütün ölkələrinin maraqlarına uyğundur

2026/04/1776072731.jpg
Oxunub: 355     13:30     13 Aprel 2026    
Hörmüz boğazında sərbəst naviqasiya dünyanın bütün ölkələrinin maraqlarına uyğundur.

Ordu.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsyakun ABŞ Prezidenti Donald Trampın regionda naviqasiyanın məhdudlaşdırılması ilə bağlı bəyanatını şərh edərkən deyib.

“Hörmüz boğazı malların və enerji daşıyıcılarının logistikası üçün ən vacib beynəlxalq ticarət marşrutudur. Orada təhlükəsizliyin, sabitliyin və maneəsiz naviqasiyanın qorunması beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur”, - deyə o vurğulayıb.

Diplomat maraqlı tərəfləri təmkin nümayiş etdirməyə çağırıb və Pekinin böhranın nizamlanmasında “müsbət və konstruktiv rol oynamağa” hazır olduğunu bir daha təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Hörmüz  


Bizi "telegram"da izləyin