Ordu.az xəbər verir ki, Qazaxıstan Xüsusi Təyinatlı Qüvvələrinin snayper tüfəngləri ilə atəş açdığı görüntülər sosial mediada paylaşılıb.
Bu çərçivədə şəxsi heyətin KALEKALIP tərəfindən istehsal olunan KMR762 snayper tüfəngindən istifadə etdiyi müşahidə olunub.
KMR762
KMR762 dəqiq zərbə vurma qabiliyyətinə malik sərbəst salınan lüləyə, qısa zərbəli qaz pistonuna və fırlanan başlı kilidləmə mexanizminə sahib olan, “.308 Win” və ya 7.62 mm x 51 NATO çaplı patronlarla atəş aça bilən yarımavtomatik snayper tüfəngidir. 4 mövqeli tənzimlənən teleskopik qundağı və ya sabit qundağı, alov gizlədici ucuna asanlıqla taxıla bilən moderator və əl qoruyucusunun 4 tərəfində, eləcə də üst gövdədə yerləşən STANAG 4694/M1913 “Picatinny” kronşteynləri sayəsində istifadəçiyə mühüm üstünlüklər təqdim edir. KMR762 100 metr məsafədə əldə etdiyi 1.5 MOA dəqiqlik göstəricisi ilə rəqibləri ilə müqayisədə yüksək performans nümayiş etdirir.
Sistem həmçinin 2 mövqeli tənzimlənən qaz pistonuna malikdir və daxili xrom örtüklü, xarici manqan fosfat örtüklü soyuq döymə lülə sayəsində davamlılıq və uzunömürlülük təmin edir. Moderator və ya səsboğucu qoşula bilən tüfəng məsafə tənzimləməli qatlanan modul mexaniki nişangahlarla təchiz edilib. Bundan əlavə, tənzimlənə bilən qundaq yastığı və yanaq dayağı istifadəçi rahatlığını artırır, həmçinin istəyə uyğun müxtəlif rəng seçimləri də mövcuddur.
Xüsusiyyətlər
Çap: 7,62 mm x 51 NATO/“.308 Win”
Atəş rejimi: Təhlükəsizlik/Yarımavtomatik
Qundaq açıq vəziyyətdə uzunluğu: 1.160 mm (6 mövqeli teleskopik qundaq)
Qundaq bağlı vəziyyətdə uzunluğu: 1.060 mm (6 mövqeli teleskopik qundaq)
Ümumi hündürlük (mexaniki nişangahlar olmadan): 190 mm
Çəki (daraq olmadan): 5.500 q
Lülə uzunluğu: 20 düy-508 mm
Lülə yivləri: 1:12-1:254 mm, 4 sağ dönüşlü
Lülə əyləci: Səsboğucu interfeysli
Nişangah məsafəsi: 490 mm
Daraq tipi: “Polimer” qutu tipli
Daraq tutumu: 20 patron
Tətik gücü: 15-20 N
Lülədən çıxış sürəti: 800 m/s
Effektiv məsafə: 800 m
Səpələnmə: 100 metrdə 1,5 MOA
Sevinc Əliyeva
Ordu.az