Ordu.az xəbər verir ki, bu barədə 2026-cı il martın 13-də “The Times of Israel” mənbəyə istinadən məlumat yayıb.
“Üç böyük ivritdilli televiziya kanalı da ABŞ ilə İran arasında atəşkəs danışıqlarının uğursuzluğundan sonra İMQ-nin İranla yeni münaqişəyə hazırlaşdığını bildirib”, - deyə məlumatda qeyd olunub.
Məlumat Pakistanda ABŞ və İran arasında keçirilən danışıqların başa çatmasından 24 saat sonra yayılıb. Həmin danışıqlarda Yaxın Şərqdə münaqişənin hərtərəfli tənzimlənməsi üzrə razılıq əldə olunmayıb.
Sevinc Əliyeva
Ordu.az