Vens sülh danışıqları üçün İslamabada gəlib

2026/04/1775747771.jpg
Oxunub: 453     12:04     11 Aprel 2026    
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Qərbi Asiya münaqişəsində müvəqqəti atəşkəsdən sonra intensivləşən diplomatik səylər fonunda İranla mühüm sülh danışıqları üçün İslamabada gəlib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Vensi yüksək vəzifəli rəsmilər, o cümlədən Stiv Uitkof və Cared Kuşner müşayiət edir.

Bu, Məhəmməd Qalibafın rəhbərlik etdiyi İran nümayəndə heyətinin Pakistan paytaxtına gəlməsindən qısa müddət sonra baş verib.

İran nümayəndə heyətinin tərkibində xarici işlər naziri Abbas Əraqçi də yer alıb.

KİV-lər qeyd edir ki, rəsmi danışıqlar başlamazdan əvvəl nümayəndə heyətlərinin Pakistanın baş naziri Şahbaz Şəriflə ayrıca görüşlər keçirməsi gözlənilir.

Pakistan vasitəçi rolunda çıxış edərək konstruktiv dialoqa ümid etdiyini bildirib.

Vurğulanır ki, bu danışıqlar ABŞ və İsrailin İran hədəflərinə birgə zərbələrindən sonra münaqişənin kəskinləşdiyi bir vaxtda keçirilir.

Həmçinin xatırladılır ki, ABŞ prezidenti Donald Tramp danışıqlar uğursuz olacağı təqdirdə hərbi əməliyyatların yenidən başlayacağı barədə xəbərdarlıq edib.

İslamabadda gücləndirilmiş təhlükəsizlik tədbirləri fonunda, 10 mindən çox əməkdaşın cəlb olunduğu bildirilir.

Danışıqların nəticəsinin regional sabitliyə, qlobal neft tədarükünə və beynəlxalq diplomatiyaya mümkün təsiri baxımından diqqətlə izlənildiyi qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İslamabad   ABŞ   İran  


Bizi "telegram"da izləyin