“Reuters”: Uitkof və Kuşner İranla danışıqlar aparmaq üçün İslamabada gəlib

2026/01/1767627399.jpg
Oxunub: 367     10:58     11 Aprel 2026    
ABŞ-nin Prezidentinin xüsusi elçisi Stiv Uitkof və Donald Trampın kürəkəni Cared Kuşnerin rəhbərlik etdiyi nümayəndə heyəti İranla danışıqlar aparmaq məqsədilə İslamabada gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Pakistan mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İranla danışıqlar aparan ABŞ nümayəndə heyətinin təyyarəsi İslamabadda eniş edib.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bir gün əvvəl bildirmişdi ki, ABŞ nümayəndə heyəti Prezidentin konkret tapşırıqları ilə Pakistana yola düşür. O həmçinin əlavə edib ki, Vaşinqton bu danışıqları səbirsizliklə gözləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Uitkof   Kuşner  


Bizi "telegram"da izləyin