Ordu.az xəbər verir ki, bu barədə ABŞ hərbi dəniz qüvvələrinin naziri Con Felan bildirib.
“Biz səhv etmişik. Bu, yaxşı görünmür. Bu, olduğu kimidir. İrəli getmək, gələcək üçün inkişaf etmək vaxtıdır”, - deyə Felan sualtı qayığın istismardan çıxarılması qərarını şərh edərkən bildirib.
O həmçinin qeyd edib ki, qərar ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə həyata keçirilən “Qızıl Park” adlı genişmiqyaslı yenidən təşkilatlanma proqramı çərçivəsində qəbul edilib. “Los Angeles” sinfinə məxsus USS “Boise” hücum sualtı qayığının istismardan çıxarılması illərdir təxirə salınırdı və 2017-ci ildə təmir gecikmələri səbəbindən sualtı üzmə sertifikatını itirmişdi.
Məlumata görə, təxminən 800 milyon dollara başa gələn əsaslı təmir işlərinin yalnız 22 faizi tamamlanıb.
Sevinc Əliyeva
Ordu.az