Ordu.az xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb.
“Starmer İspaniyada istirahətdə idi, həmin vaxt Tramp İranı məhv etməklə hədələyirdi, bu isə vaxtilə “beynəlxalq fəaliyyətləri çimərlikdən koordinasiya etmək olmaz” deyən eyni baş nazirdir”, - deyə qəzet yazır.
Qəzet həmçinin Starmerin Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun hökumətini ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması zamanı istirahətdə olduğuna görə tənqid etdiyini xatırladıb.
Sevinc Əliyeva
Ordu.az