“Al Jazeera”: Qəzzaya İsrailin hava zərbələri nəticəsində altı nəfər həlak olub

2026/04/1775880204.jpg
Oxunub: 350     09:18     11 Aprel 2026    
Qəzza zolağında İsrailin hava zərbələri nəticəsində altı nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” Fələstin anklavındakı tibbi mənbələrə istinadən məlumat yayıb.

Telekanal qeyd edib ki, zərbələr Qəzza zolağının mərkəzində yerləşən “Əl-Bureyc” qaçqın düşərgəsinə endirilib.

Daha əvvəl “Sərhədsiz Həkimlər” humanitar təşkilatının təcili yardım şöbəsinin rəhbəri Kler San Filippo bildirib ki, Qəzza zolağında döyüşlər davam edir və atəşkəsdən altı ay keçməsinə baxmayaraq, vəziyyət hələ də fəlakətli olaraq qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   İsrail  


Bizi "telegram"da izləyin