İrana qarşı əməliyyat zamanı yaralanan amerikalı hərbçilərin sayı 390-a çatıb

2026/04/1775884980.jpg
Oxunub: 441     09:17     11 Aprel 2026    
Son məlumatlara görə, İrana qarşı əməliyyatın başlanmasından etibarən azı 390 amerikalı hərbçi yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Onlardan 346 nəfəri, o cümlədən 231 quru qoşunları hərbçisi, 63 hərbi dəniz qüvvələri dənizçisi, 19 dəniz piyadası və 33 hərbi hava qüvvələri şəxsi heyəti birbaşa döyüş əməliyyatları zamanı yaralanıb.

Hesabatda qeyd olunur ki, yaralanan hərbçilərin əksəriyyəti artıq xidmətə qayıdıb.

ABŞ silahlı qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin daha əvvəl bildirdiyinə görə, yaralanan amerikalı hərbçilərin əksəriyyəti İranın pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində xəsarət alıb.

Bu günə qədər döyüş əməliyyatları zamanı 13 amerikalı hərbçi həlak olub, onlardan altısı Küveytdə, biri isə Səudiyyə Ərəbistanında. Digərləri isə ABŞ tankerlərinin təyyarə qəzası nəticəsində ölüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin