ABŞ İranın ilkin tələblərini qəbul edib

2026/04/1775747841.jpg
Oxunub: 361     09:15     11 Aprel 2026    
ABŞ İranın ilkin tələblərini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə aprelin 11-də İranın Cənubi Afrikadakı səfirliyi məlumat yayıb.

“İlkin tələblər qəbul edilib”, - deyə “X” platformasında yayılan açıqlamada bildirilir.

Aprelin 10-da ABŞ-nin prezidenti Donald Tramp bildirib ki, Vaşinqton ilə Tehran arasında Pakistanda keçiriləcək danışıqların nəticələri 24 saat ərzində məlum olacaq. Ağ Evin rəhbəri həmçinin qeyd edib ki, danışıqlar uğursuz olacağı təqdirdə ABŞ silahlı qüvvələri artıq hərbi gəmiləri ehtiyatlarla təmin edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin