İran nümayəndə heyətinin rəhbəri ABŞ ilə danışıqlar ərəfəsində açıqlama verib

2026/04/1775835779.jpg
Oxunub: 368     08:55     11 Aprel 2026    
İran parlamentinin sədri və ABŞ ilə danışıqlarda iştirak edən İran nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf İslamabad hava limanında bildirib ki, İranın xoş niyyəti var, lakin etimad çatışmazlığı mövcuddur.

Ordu.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.

“Təəssüf ki, amerikalılar ilə danışıqlar üzrə təcrübəmiz həmişə uğursuzluqlar və razılaşmaların pozulması ilə müşayiət olunub. Bir ildən də az müddətdə iki dəfə danışıqlar zamanı, İran tərəfinin xoş niyyətinə baxmayaraq, onlar bizə zərbələr endirdilər və çoxsaylı “hərbi cinayətlər” törətdilər.

Qarşıdakı danışıqlarda əgər amerikalı tərəf real razılaşmaya və İran xalqının hüquqlarının qorunmasına hazır olsa, onlar bizim də razılaşmaya gəlmək üçün hazır olduğumuzu görəcəklər.

Lakin hazırkı müharibədə biz onlara göstərdik ki, əgər danışıqlardan boş nümayiş və aldatma vasitəsi kimi istifadə etmək istəsələr, biz öz hüquqlarımızı təmin etməyə hazırıq”, - deyə Qalibaf bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin