Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Rusiya Vaşinqtonun nə deməsindən asılı olmayaraq, Qərb yarımkürəsini tərk etmək niyyətində deyil. Onlar Rusiyanı, eləcə də Çini regiondan sıxışdırıb çıxarmaq ideyasına aludə olublar”, - deyə o, Havanaya səfəri zamanı jurnalistlərə bildirib.
Diplomat Kubanı Rusiyanın xarici siyasət prioritetlərindən biri adlandırıb. O vurğulayıb ki, Moskva Azadlıq adasına xəyanət edə bilməz, belə bir ehtimal “istisna olunur”. Ryabkov qeyd edib ki, respublikanın enerji təhlükəsizliyinin təmin olunması Rusiyanın əsas vəzifələrindən biri olaraq qalır.
“Növbəti addımları müzakirə etmək üçün hələ tezdir. Hamıya məlumdur ki, biz artıq “Anatoli Kolodkin” tankerləri ilə adaya çatdırılmış neft tədarükü ilə kifayətlənmirik”, - deyə xarici işlər nazirinin müavini bildirib.
O qeyd edib ki, Kubaya qarşı ABŞ blokadasının qanunsuz xarakteri beynəlxalq ictimaiyyətin “çoxları” üçün aydındır.
Ryabkov yekunda bildirib ki, Rusiya və onun tərəfdaşları beynəlxalq hüququn prinsiplərinə və dövlətlərin bərabərliyinin qorunmasının vacibliyinə əsaslanaraq Kubanı dəstəkləməyə davam edəcəklər.
Sevinc Əliyeva
Ordu.az