ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinin rəhbəri təyyarədən “təsirli foto” paylaşıb

2026/04/1775882920.jpg
Oxunub: 359     08:43     11 Aprel 2026    
ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinin rəhbəri İran İslam Respublikasının nümayəndələrini Pakistana aparan təyyarədən “təsirli foto” paylaşıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Bu uçuşda mənim yol yoldaşlarım”, - deyə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf yazıb.

O, paylaşımına ABŞ və İsrailin bombardmanları nəticəsində həlak olan uşaqların fotolarını əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin