Baltik ölkələri bəyan edib ki, ərazilərindən Rusiyaya qarşı zərbələr üçün istifadəyə icazə verməyiblər

2026/04/1775836104.jpg
Oxunub: 329     08:30     11 Aprel 2026    
Baltik ölkələri öz quru və hava məkanlarından Rusiyaya qarşı zərbələr üçün istifadəyə icazə verməyiblər.

Ordu.az xəbər verir ki, bu barədə Estoniya, Latviya və Litvanın xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.

“Baltik ölkələri bu cür ittihamları rəsmən təkzib edib və bu barədə müvafiq olaraq Tallində martın 27-də, Riqada martın 31-də və Vilnüsdə martın 27-də Rusiyanın diplomatik nümayəndəliklərinin müvəqqəti işlər vəkillərinə aydın şəkildə məlumat veriblər.

Rəsmi reaksiyadan asılı olmayaraq, Rusiya yalan danışmaqda davam edir. Rusiya Ukraynaya qarşı müharibəni dayandırmalı və silahlı qüvvələrini beynəlxalq səviyyədə tanınmış bütün Ukrayna ərazilərindən tamamilə çıxarmalıdır. Baltik ölkələri Ukrayna ilə tam həmrəyliyini davam etdirir”, - deyə bəyanatda qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baltik-ölkələri   Rusiya  


Bizi "telegram"da izləyin