Livan İsrail ilə danışıqların başlanacağı tarixi açıqlayıb

2026/04/1775847392.jpg
Oxunub: 329     08:27     11 Aprel 2026    
Livan və İsrailin ABŞ-dəki səfirləri arasında telefon danışığı baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qərara alınıb ki, ilk görüş çərşənbə axşamı ABŞ Dövlət Departamentində keçirilsin. Görüşdə atəşkəs barədə bəyanat və Livan ilə İsrail arasında ABŞ rəhbərliyi altında danışıqların başlanma tarixi müzakirə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin