Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Böyük Britaniya və digər Avropa ölkələri, o cümlədən Fransa, Belçika və İsveç Moskvanın Ukraynaya qarşı dörd il davam edən müharibəsini maliyyələşdirmək üçün istifadə etdiyi köhnə tankerlərin saxlanılması istiqamətində səylərini artırıblar.
Lakin Finlandiya körfəzində Rusiyanın əsas neft və yanacaq ixrac obyektlərinə ən yaxın yerləşən Baltik ölkəsi Estoniya ötən il rus gəmisinə daxil olmaq cəhdinin uğursuzluğundan sonra daha ehtiyatlı davranır.
“Rusiya ilə hərbi gərginlik riski son dərəcə yüksəkdir”, - deyə Estoniya Hərbi Dəniz Qüvvələrinin komandanı İvo Vark “Reuters”ə bildirib.
Sevinc Əliyeva
Ordu.az