Fransada hərbi təyyarə qəzaya uğrayıb

2026/04/1775833557.jpg
Oxunub: 295     18:10     10 Aprel 2026    
Fransanın cənub-şərqində yerləşən Alpes-de-Haute-Provence departamentində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

Ordu.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Fransa Hərbi Hava və Kosmik Qüvvələrinə məxsus “Cirrus SR-20” təyyarəsi yerli vaxtla saat 09:30 radələrində təlim uçuşu zamanı Alpes-de-Haute-Provence departamentində qeyri-yaşayış sahəsində düşüb.

İnsident nəticəsində 2 pilotun yaralandığı bildirilir. Xilasedicilər tərəfindən aşkarlanan zamanı huşları özlərində olub və dərhal xəstəxanaya çatdırılıblar.

Qəzanın səbəblərini müəyyən etmək məqsədilə Mülki Aviasiya Təhlükəsizliyi üzrə Təhqiqat və Təhlil Bürosu tərəfindən araşdırma başlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Təyayrə   Qəza  


Bizi "telegram"da izləyin