Tehran ABŞ-dən və onun müttəfiqlərindən dəymiş ziyana görə reparasiyalar tələb edəcək

2026/03/1773226504.jpg
Oxunub: 295     16:51     10 Aprel 2026    
İran ABŞ-nin və İsrailin zərbələri nəticəsində dəyən ziyana görə reparasiyalar tələb edəcək, əgər onlar bundan imtina etsələr, bu zərər onların aktivləri və əmlakları müsadirə edilərək kompensasiya olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a Hindistanda İranın ali rəhbərinin nümayəndəsi Əbdül Məcid Hakim İlahi məlumat verib.

“Biz onları ödəməyə məcbur edəcəyik. Əgər ödəməsələr, onların aktivlərindən necə kompensasiya almağı bilirik”, - deyə o bildirib və əlavə edib ki, kompensasiyanı yalnız ABŞ və İsrail deyil, həm də onları dəstəkləyən bütün ölkələr ödəməlidir. Əbdül Məcid Hakim İlahi qeyd edib ki, yalnız Tehranda 37 min ev məhv edilib, eləcə də çoxsaylı xəstəxanalar və universitetlər zərər görüb.

Nümayəndə xatırladıb ki, reparasiyalarla bağlı bənd İranın on maddəlik atəşkəs planının bir hissəsidir və Vaşinqton bunu danışıqlar üçün “işçi əsas” kimi qəbul edib. Aprelin 7-də ABŞ prezidenti Donald Tramp iki həftəlik atəşkəs elan edib. İran Hörmüz boğazını açmağa və “müdafiə xarakterli hücumları” dayandırmağa razılaşıb, ABŞ isə İrana qarşı zərbələri dayandırmağa razılıq verib. İran televiziya kanallarının məlumatına görə, Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar birbaşa olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   ABŞ  


Bizi "telegram"da izləyin