“The Guardian”: İslamabadda otel ABŞ və İran nümayəndə heyətlərini qəbul etməyə hazırlaşır

2026/03/1774681005.jpg
Oxunub: 304     14:27     10 Aprel 2026    
İslamabaddakı “Serena” oteli, ABŞ və İran nümayəndə heyətlərinin yerləşəcəyi yer bazar axşamına qədər tam dolu olacaq.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” mənbələrə istinadən məlumat yayıb.

Danışıqların konkret vaxt cədvəli hələ müəyyən edilməyib.

“Biz otaqları boşaldır və yoxlayırıq, nümayəndə heyətlərinin gəlişini gözləyirik”, - otel əməkdaşı TASS-a bildirib və əlavə edib ki, Serena otelinin danışıqların rəsmi məkanı olub-olmayacağı hələ məlum deyil.

Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla müharibədə iki həftəlik atəşkəs elan edib. Onun sözlərinə görə, tərəflər mübahisəli məsələlərin böyük hissəsini həll ediblər və İranın 10 maddəlik təklifləri gələcək danışıqlar üçün “işlək əsas” hesab olunur. Bu təkliflərə hücum etməmək prinsipi, İranın Hörmüz boğazına nəzarəti, uranın İran ərazisində zənginləşdirilməsi, sanksiyaların ləğvi və ABŞ qüvvələrinin regiondan çıxarılması daxildir. Pakistanın baş naziri Şahbaz Şərif tərəflər arasında vasitəçi kimi çıxış edərək nümayəndə heyətlərini İslamabada dəvət edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İslamabad   ABŞ   İran  


Bizi "telegram"da izləyin