Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib.
İsmayıl Bəqai jurnalistlər üçün açıqlamasında İsrailin Livanda törətdiyi cinayətləri qətiyyətlə pisləyib.
“Livanda müharibənin dayandırılması Pakistan tərəfindən irəli sürülən atəşkəs razılaşmasının ayrılmaz hissəsidir və həmin ölkənin baş nazirinin də açıq şəkildə bəyan etdiyi kimi, ABŞ bütün cəbhələrdə, o cümlədən Livanda müharibəni dayandırmağı öhdəsinə götürüb. Bu öhdəliyə zidd hər hansı addım və ya mövqe ABŞ-nin öhdəliklərinə əməl etməməsi kimi qiymətləndiriləcək.”,- o bildirib.
Bəqai gözlənilən danışıqların vaxtı və məkanı ilə də bağlı açıqlama verib.
Ordu.az