ABŞ İraqdan Bəsrədə Küveyt konsulluğunun mühasirəsində iştirak edənlərin cəzalandırılmasını tələb edib

2026/03/1774720924.jpg
Oxunub: 334     12:51     10 Aprel 2026    
ABŞ Dövlət Departamenti İraq hakimiyyətini Bəsrədə Küveyt konsulluğuna hücumda iştirak edən bütün şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilib.

“ABŞ bu hücumu ən qəti şəkildə pisləyir. İraq hökuməti hücumu həyata keçirən və İraq ərazisindən regionu terrora məruz qoymaq üçün istifadə etməyə davam edən iraqlı terror qruplaşmalarını məsuliyyətə cəlb etməli və zərərsizləşdirməlidir”, - deyə bəyanatda qeyd olunub.

Hadisənin aprelin 7-də baş verdiyi bildirilib.

Bir qrup iraqlı Küveyt ərazisinin ABŞ hərbi əməliyyatları üçün istifadəsinə etiraz etmək məqsədilə konsulluğun qarşısına toplaşıb.

Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Küveyt  


Bizi "telegram"da izləyin