“Avropa NATO daxilində ABŞ-siz öz təhlükəsizlik sistemini qurmalıdır” - Meloni

2026/04/1775809514.jpg
Oxunub: 382     12:24     10 Aprel 2026    
“Avropa NATO daxilində ABŞ-siz öz təhlükəsizlik sistemini qurmalıdır”.

Ordu.az xəbər verir ki, bunu İtaliyanın baş naziri Corcia Meloni bildirib.

“Avropa məsuliyyəti öz üzərinə götürməli və alyansın Avropa dayağını cəsarətlə qurmalıdır ki, ilk növbədə öz təhlükəsizliyini təmin etsin”, - deyə Meloni bildirib.

Baş nazir bu fikirləri NATO-nun baş katibi Mark Rüttenin Vaşinqtona səfərini şərh edərkən səsləndirib.

Onun sözlərinə görə, Avropa İttifaqı artıq ABŞ-yə tariflər və Qrenlandiya məsələsində ABŞ rəhbərliyinin tələblərinə cavab verərkən öz maraqlarını qorumağa hazır olduğunu göstərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meloni   İtaliya  


Bizi "telegram"da izləyin