Ordu.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.
“İranın müharibə başlayandan etibarən ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi ən ölümcül hücumdan sağ çıxanlar Pentaqonun hadisələrlə bağlı təqdim etdiyi versiyanı şübhə altına alır və Küveytdəki bölmələrinin təhlükə altında olduğunu bildirirlər”, - deyə məlumatda bildirilib.
Hərbçilər Heqsetin təqdim etdiyi, PUA-nın möhkəmləndirilmiş obyektə daxil olduğu barədə versiyanı təkzib ediblər.
Yaralanan əsgərlərdən biri bunu yalan adlandırıb və bildirib ki, mövqe möhkəmləndirilməmişdi, bölmə isə kifayət qədər qorunmurdu.
“Bunu elə təqdim etmək ki, guya “bir PUA daxil olub”, yalandır. Bölmə hər hansı müdafiəni təmin etməyə hazır deyildi. Bu, möhkəmləndirilmiş mövqe deyildi”, - deyə hərbçi bildirib.
Hücum nəticəsində altı nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
Telekanal qeyd edib ki, bu, 2021-ci ildən bəri ABŞ hərbçilərinə qarşı həyata keçirilən ən ölümcül hücum olub.
Hərbçilər bildiriblər ki, partlayış nəticəsində zərərçəkənlər ağır kəllə-beyin travmaları alıblar, qanaxma və eşitmə pozuntuları yaşayıblar.
Sevinc Əliyeva
Ordu.az