Çində Si Cinpinlə Qomindan Partiyasının sədri arasında görüş keçirildiyi bildirilib

2025/09/1757041948.jpg
Oxunub: 364     12:16     10 Aprel 2026    
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpin Pekində Qomindan Partiyasının sədri Çjen Livenlə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

“Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpin cümə günü səhər Pekində Çin Qomindan Partiyasının sədri Çjen Livenlə görüşüb”, - deyə məlumatda qeyd olunub.

Bu, son 10 ildə Qomindan Partiyası liderinin materik Çinə ilk səfəridir.

Səfərin məqsədi Tayvan boğazının iki sahili arasında mübadilələri gücləndirməkdir və o, aprelin 12-dək davam edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Cinpin  


Bizi "telegram"da izləyin