“Trampdan başqa heç bir ABŞ prezidenti Netanyahu planını qəbul etməyib” - Con Kerri

2026/04/1775809323.jpg
Oxunub: 326     12:15     10 Aprel 2026    
“Trampdan başqa heç bir ABŞ prezidenti Netanyahunun İrana hücum planını qəbul etməyib”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Con Kerri bildirib.

“Netanyahu İrana hücum planını Obama prezident olanda da təqdim etmişdi. Obama bu planı rədd etmişdi”, - deyə Kerri bildirib.

“ABŞ-nin digər prezidentləri, o cümlədən Co Bayden və Corc Buş da bu planlara qarşı çıxıblar”, - deyə keçmiş dövlət katibi əlavə edib.

Con Kerrinin sözlərinə görə, Tramp ABŞ-nin İrana hücum planını qəbul edən yeganə prezidentidir.

Siyasi təhlilçilərin fikrincə, ABŞ prezidentləri müxtəlif dövrlərdə İranla hərbi münaqişəyə girməyin təhlükələrini bildikləri üçün belə riskli qərardan çəkiniblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kerri   ABŞ   Netanyahu  


Bizi "telegram"da izləyin