Volqoqrada PUA hücumu nəticəsində 13 ev, qaz kəməri və elektrik xətti zədələnib

2026/01/Ekran-1768069642.jpg
Oxunub: 360     10:35     10 Aprel 2026    
Rusiyanın Volqoqrad vilayətində PUA hücumundan sonra yanacaq çənində yanğın baş verib, bir nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə "İnterfaks" vilayətin qubernatoru Andrey Boçarova istinadən məlumat yayıb.

Qeyd olunur ki, yanğınsöndürənlər alovun söndürülməsi ilə məşğuldur.

Dəqiqləşdirilmiş məlumatlara görə, hücum nəticəsində 13 fərdi ev, elektrik ötürücü xətti və qaz kəməri zədələnib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Volqoqrad   PUA  


Bizi "telegram"da izləyin