WSJ: Ağ Ev əməkdaşları proqnoz bazarlarında mərc etməmək barədə xəbərdar edib

2026/03/1773426805.jpg
Oxunub: 410     09:53     10 Aprel 2026    
Ağ Ev əməkdaşlarına rəsmi mövqelərindən istifadə edərək İranla bağlı siyasi hadisələr üzərində mərc etməmək barədə xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbəyə istinadən məlumat yayıb.

“İrana zərbələrin kəskin şəkildə dayandırılması ilə bağlı ABŞ prezidenti Donald Trampın bəyanatından bir gün sonra Ağ ev əməkdaşları öz vəzifələrindən sui-istifadə etməmək və fyuçers bazarlarında vaxtından əvvəl mərc etməmək barədə xəbərdar edilib”, - deyə məlumatda qeyd olunur.

Xəbərdarlıq əməkdaşlara martın 24-də elektron məktub vasitəsilə göndərilib.

Mənbənin sözlərinə görə, Trampın iki həftəlik atəşkəs elan etməsindən 15 dəqiqə əvvəl 760 milyon dollardan çox həcmində neft fyuçersləri üzrə əməliyyat həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   ABŞ  


Bizi "telegram"da izləyin