"ABŞ ilə danışıqlar heç bir ilkin şərt olmadan aparılmalıdır" - Kuba prezidenti

2026/03/1773736912.jpg
Oxunub: 431     09:02     10 Aprel 2026    
Havana Vaşinqton ilə danışıqlar aparmaqda maraqlıdır, lakin bu müzakirələr heç bir ilkin şərt olmadan həyata keçirilməlidir.

Ordu.az-ın məlumatına görə, bu barədə Kuba Prezidenti Migel Dias-Kanel “NBC News”a verdiyi müsahibədə bildirib.

Qeyd edib ki, dialoq siyasi sistem də daxil olmaqla, heç bir dəyişiklik tələbi qoyulmadan aparılmalıdır. “Biz heç bir şərt qoymadan, siyasi sistemimizi dəyişdirmək tələbi olmadan istənilən mövzuda dialoq və müzakirədə maraqlıyıq, necə ki, öz düşüncələrimiz və şübhələrimiz olan Amerika siyasi sistemində dəyişikliklər tələb etmirik”, – deyə dövlət başçısı vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kuba  


Bizi "telegram"da izləyin