Kuba prezidenti bildirib ki, ABŞ onun istefasını tələb etmək hüququna malik deyil

2025/01/1737364059.jpg
Oxunub: 626     05:56     10 Aprel 2026    
Kuba prezidenti Migel Dias-Kanel ABŞ-nin Kubaya qarşı düşmən siyasət apardığını bəyan edib və əlavə edib ki, Vaşinqtonun onun istefasını Kuba rəhbəri kimi tələb etməyə hüququ yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Kubada rəhbər vəzifələrdə olan şəxslər ABŞ hökuməti tərəfindən seçilmir və onların ABŞ hökumətindən mandatı yoxdur. Biz azad, suveren dövlətik, azad ölkəyik”, - deyə o, “NBC News”a verdiyi müsahibədə bildirib.

Dias-Kanel qeyd edib ki, onun istefası yalnız vəzifələrini yerinə yetirmədiyi halda baş verə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuba   ABŞ  


Bizi "telegram"da izləyin