ÜST rəhbəri İsraili Beyrutdakı xəstəxanaların təxliyəsini ləğv etməyə çağırıb

2026/03/1774195399.jpg
Oxunub: 430     04:45     10 Aprel 2026    
İsrail hakimiyyəti iki böyük xəstəxananın yerləşdiyi Beyrutdakı Cnah rayonu üçün təxliyə əmrini ləğv etməlidir.

Ordu.az-ın məlumatına görə, bu çağırışla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus çıxış edib.

Onun sözlərinə görə, sözügedən xəstəxanalar 8 aprel zərbələrinin zərərçəkənlərini müalicə etmək də daxil olmaqla, tam gücü ilə fəaliyyət göstərməyə davam edən Rafiq Hariri adına universitet xəstəxanası və "Əl-Zəhra" xəstəxanasıdır.

"Hazırda bu iki xəstəxanadan təxminən 450 xəstəni, o cümlədən reanimasiya şöbələrindən 40 xəstəni qəbul edə biləcək alternativ tibb müəssisəsi yoxdur, bu da onların dərhal təxliyəsini mümkünsüz edir. Mən qəti şəkildə İsraili bu əmri ləğv etməyə və bütün tibb müəssisələrinin, tibb işçilərinin, xəstələrin və mülki əhalinin qorunmasını təmin etməyə çağırıram", - bəyanatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ÜST   İsrail  


Bizi "telegram"da izləyin