Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Qəzzada sərhədlərimizi genişləndirəcək siyasi addım olacaq, Livanda Litani çayına qədər sərhədlərimizi genişləndirəcək qəti siyasi addım olacaq və Suriyada ən azı Hermon dağının zirvəsinə qədər ərazilərin ilhaqı istiqamətində addım atılacaq”, - deyə onun sözlərini “Ynet” nəşri sitat gətirib.
Həmin gün baş nazir Binyamin Netanyahu İsrail hökumətinə Livanla birbaşa danışıqlara başlamağı tapşırıb. “Axios”un məlumatına görə, bu danışıqlar artıq gələn həftə başlaya bilər. Dialoqun əsas məqsədləri Livanın “Hizbullah” qruplaşmasının tərksilah edilməsi və iki ölkə arasında sülhün təmin olunmasıdır.
Sevinc Əliyeva
Ordu.az