Ordu.az xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.
Məlumata görə, Kamal Xarazi ötən çərşənbə günü Tehrandakı evinə ABŞ və İsrail tərəfindən endirilən hava zərbəsi nəticəsində ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Onun həyat yoldaşı hadisə yerində həlak olub.
Xarazi 1997-ci ildən 2005-ci ilə qədər İranın xarici işlər naziri vəzifəsində çalışıb. Son dövrlərdə isə o, ali rəhbərin məsləhətçi orqanı olan Məqsədəuyğunluq Şurasının üzvü olub.
Sevinc Əliyeva
Ordu.az