Qırmızı Aypara: ABŞ və İsrail Tehran yaxınlığındakı dəmir yoluna zərbə endirib

2026/03/1774076489.jpg
Oxunub: 362     16:54     07 Aprel 2026    
ABŞ və İsrailin silahlı qüvvələri Tehranın qərbində yerləşən Kərəc şəhərinin dəmir yoluna zərbə endirib.

Ordu.az xəbər verir ki, müvafiq görüntüləri İranın Qırmızı Aypara Cəmiyyəti yayıb.

Videoda cəmiyyətin əməkdaşlarının aviazərbə yerindən zərərçəkənləri təxliyə etdiyi görünür.

Aprelin 7-də İranın mülki infrastrukturuna aviazərbələr endirilib. Həmin obyektlər arasında Kaşandakı dəmir yolu körpüsü və Təbrizlə Zəncan şəhərlərini birləşdirən magistral yoldakı avtomobil körpüsü də var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin