Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin brifinq zamanı ABŞ prezidenti Donald Trampın İranın kritik infrastrukturuna zərbə endirməyə hazır olması barədə bəyanatını şərh edərkən bildirib.
“Çin yaranmış vəziyyətdən dərin narahatlıq keçirir. Mövcud böhranın eskalasiyası və onun həlli müddətlərinin uzanması tərəflərdən heç birinin maraqlarına uyğun deyil”, - deyə o qeyd edib.
Diplomat həmçinin iştirak edən tərəfləri böhranın aradan qaldırılması və sülh danışıqlarının irəlilədilməsi işində konstruktiv rol oynamağa çağırıb.
Sevinc Əliyeva
Ordu.az