ABŞ və İsrail İranın mərkəzində yerləşən Qum vilayətindəki körpülərdən birinə zərbə endirib.
Ordu.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya-radio şirkəti (IRIB) yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
“Bir neçə dəqiqə əvvəl “Amerika-sionist qüvvələr” Qum şəhərindən çıxan körpüyə zərbə endirib”, - deyə İran yayımçısı bildirib.
ABŞ prezidenti Donald Tramp daha əvvəl İranı çərşənbə axşamı günü “körpülər və elektrik stansiyaları gününə” çevirəcəyi ilə hədələmiş, Hörmüz boğazında hərəkətin açılmasına çağıraraq əks halda iranlıların “cəhənnəmdə yaşayacağını” demişdi.
Sevinc Əliyeva
Ordu.az