Ordu.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti məlumat verib.
“ABŞ-nin regiondakı müttəfiqləri də bilməlidir ki, indiyədək mehriban qonşuluq prinsiplərindən çıxış edərək biz ciddi təmkin nümayiş etdirmiş və cavab hədəflərinin seçilməsində müəyyən məhdudiyyətləri nəzərə almışıq, lakin bundan sonra bütün bu məhdudiyyətlər aradan qaldırılır”, - deyə İranın dövlət televiziya-radio şirkəti bəyanatdan sitat gətirib.
İİKK vurğulayıb ki, Amerika enerji obyektlərinə elə geri dönməz zərbələr endiriləcək ki, “ABŞ və onun tərəfdaşları uzun illər Yaxın Şərqdə qaz və neftə çıxış imkanından məhrum olacaqlar”.
Sevinc Əliyeva
Ordu.az