“Axios”: İsrail ABŞ-ni İran məsələsində güzəştə getməməyə çağırıb

2026/03/1774508251.jpg
Oxunub: 357     15:29     07 Aprel 2026    
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampı İran məsələsində güzəştə getməməyə çağırıb və maksimalist danışıqlar mövqeyi tutub. Bu mövqe Hörmüz boğazında gəmiçiliyin dərhal bərpasını və Tehranın yüksək zənginləşdirilmiş urandan tam imtina etməsini nəzərdə tutur.

Ordu.az xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadən ABŞ-nin “Axios” portalı məlumat yayıb.

Portalın məlumatına görə, Netanyahu bazar günü Trampa zəng edərək İranda vurulan F-15E qırıcısının iki amerikalı pilotunun uğurla xilas edilməsi münasibətilə onu təbrik edib. Baş nazir vasitəçilər üzərindən Vaşinqton və Tehran arasında aparılan danışıqlardan narahatlığını ifadə edib və Hörmüz boğazı və İranın nüvə proqramı məsələlərində güzəştlərin yolverilməz olduğunu bildirib.

“Axios” qeyd edir ki, Vaşinqtonu Hörmüz boğazı məsələsində güzəştə getməməyə Səudiyyə Ərəbistanı və BƏƏ rəhbərləri də çağırıblar. Onlar hesab edirlər ki, ABŞ şərtləri əsasında hərtərəfli sülh razılaşması olmadan müvəqqəti atəşkəsə nail olmaq mümkün deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ   İran  


Bizi "telegram"da izləyin